YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP ümumxalq partiyasıdır

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kompaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Lənkəranda seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermis şəhidlərin əziz  xatirəsi ehtiramla  yad edilib.

Görüşü YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev açaraq Yeni Azərbaycan Partiyasının xalqımız qarşısında xidmətlərdən danışıb. O, partiyamızın parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildirib.

Çıxış edən deputatlığa namizəd Anar İsgəndərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində – ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynadığını deyib.

Anar İsgəndərov çıxışında seçiciləri 1 sentyabr tarixində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Qeyd edək ki, Anar İsgəndərov Lənkəran rayonunun Havzava kəndində də seçicilərlə görüşüb.