YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycan gəncləri qalib dövlətin vətəndaşı olmaqdan qürur duyurlar”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının YAP Samux rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına xüsusi önəm verir və onların  yaradıcı təşəbbüslərinə dəstək  göstərir: “Ölkəmizdə həyata keçirilən siyasət bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan gənclərə də pay düşür. Ümumiyyətlə, bu sahədə dövlət siyasəti gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, fiziki və mənəvi sağlamlığının qorunmasına hədəflənib”.

Deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər: “Gənclərimiz firavan ölkədə yaşayır, qalib və qüdrətli Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyurlar. Azərbaycan gəncliyi hər zaman Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daim sıx birləşməli, ümumxalq etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasına dəstək verməlidir”.

Çıxış edən gənc seçicilər 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

 Qeyd edək ki, Mübariz Qurbanlı Samux rayonunun Füzuli kəndində yaşayan seçicilərlə də görüşüb.