YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlament seçkiləri YAP-a etimadın növbəti ifadəsi olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov partiyanın seçki kampaniyası barədə məlumat verib və diqqətə çatdırıb ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd bildirib ki, indiyə qədər qazanılmış qələbələrə, yüksək nüfuzuna görə, bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. O əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.

Əli Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan YAP-ın namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.

Tədbir iştirakçılarından Afaq Əliyeva, Fuad Süleymanov, Seymur Rəhimov, Azər Səfərov və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Hüseyn Fərhad oğlun Muradovun ailəsi ilə görüşüb, müxtəlif ünvanlarda fərdi və məhəlli görüşlər keçirib.