YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dövrün reallığı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Qasımovanın Sabunçu rayon seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Bildirib ki, YAP-ın təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib: “Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı məqsədyönlü siyasətin alternativi yoxdur”.

Çıxış edən deputatlığa namizəd Səbinə Qasımova Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Vurğulayıb ki, iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində uğur əldə etməsi labüddür. 

Çıxış edən seçicilər öz növbəsində 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.