Seçki-2024
Müstəqil strateji kurs uğurla davam etdirilir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Etibar Quliyevin YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirib ki, seçkilər ölkəmizin demokratik inkişafına, cəmiyyətin təmsilçiliyinə və siyasi sabitliyin təmin olunmasına birbaşa təsir edir: “Azərbaycanın siyasi sistemində parlament seçkiləri ölkənin siyasi həyatını formalaşdırmaqla yanaşı, xalqın iradəsini əks etdirən mühüm bir proses kimi qəbul olunur.
Salman Əbdülov deputatlığa namizəd Etibar Quliyev haqqında seçicilərə ətraflı məlumat verib.
Daha sonra çıxış edən deputatlığa namizəd Etibar Quliyev bildirib ki, Azərbaycanda keçirilən hər bir parlament seçkiləri ölkənin demokratik inkişaf səviyyəsini göstərir: “Şəffaf, ədalətli və açıq seçkilər, həm milli, həm də beynəlxalq səviyyədə ölkənin demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir.
E.Quliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
YAP Suraxanı rayon təşkilatının seçki qərargahının üzvləri Kürsüm Həsənova və Şaban Eyvazov öz çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.