YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövr yeni hədəflərlə zəngindir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəfail Tağızadənin YAP Şamaxı rayon təşkilatının qərargahında qadın seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və dünya dövlətləri sırasında böyük nüfuza malik olduğunu bildirərək, dövlət siyasətinin müasir modelini yaradan Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-iqtidar birliyi dayandığını seçicilərin nəzərinə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Rəfail Tağızadə qeyd edib ki, bu gün xalqımız tarixi Zəfərimizin reallıqlarını yaşayır: “Yeni dövr yeni hədəflərlə zəngindir. Ölkəmizi yeni dövrdə möhtəşəm uğurlar gözləyir. Ölkənin inkişafi naminə gördüyü böyük işlərə görə xalqımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyir”.

Deputatlığa namizədin çıxışında YAP-ın seçki platformasında ölkəmizin iqtisadi uğurları, neft və qeyri-neft sektorunda qazandığı nailiyyətlər, regionların davamlı inkişafı geniş təhlil edilib və hədəflər açıqlanıb.

Tədbir iştirakçılarından Namiq Kamal və Rəqsanə Xəlilzadə çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.