YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafa doğru böyük addım

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki rayonu, İnçə kənd bələdiyyəsinin həyətində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan Daşqın Mikayılov YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə həyata keçirilən təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik tarixində mühüm yerə, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesində əhəmiyyətli rola malikdir: “Bu uğurların təməlində sözlə əməl birliyi dayanır. YAP cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir”.

Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini vurğulayıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və fenomanel idarəçiliyi qısa zamanda Azərbaycanı regionun lider dövlətinə çevirib: “Bütün dünya Azərbaycanda xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini görüb. Bunun nəticəsində düşmən üzərində möhtəşəm qələbə qazanan Azərbaycanın parlament seçkiləri ilk dəfə olaraq ölkənin bütün ərazilərində keçiriləcəkdir”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Əsgər Abdullayev, Nəriman Səmədov və  digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.

Öz növbəsində çıxış edən seçici Gülayə Kərimova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.