YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlament seçkilərində növbəti qələbəni qazanacağıq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Pərvanə Vəliyeva rayonun Polad Həşimov küçəsində yaşayan bir qrup seçici ilə görüş keçirib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Pərvanə Vəliyeva YAP-ın seçki platforması barədə məlumat verdikdən sonra yeni dövrdə qarşıya qoyulmuş hədəflər barədə danışıb.  O bildirib ki, müasir çağırışlara cavab verən çoxşaxəli islahatların həyata keçirilməsi yeni dövrdə də Azərbaycan dövlətinin prioritetidir: “Strateji inkişaf islahatlar yolu ilə təmin edilir. Dayanıqlı inkişafa gedən yol məqsədyönlü islahatların aparılmasından keçir. Bu islahatlar isə Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradır”.

Seçicilər də çıxışlarında YAP-ın namizədinə səs verəcəklərini bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Məhəlli görüşlərdə P.Vəliyeva sakinləri dinləyərək onların rayonun aktual məsələləri ilə bağlı fikirlərini öyrənib, eyni zamanda, sakinlərin suallarını cavablandırıb.

Qeyd edək ki, namizəd P.Vəliyeva, həmçinin, Vətən müharibəsi şəhidi Rüfət Füzuli oğlu Əliyevin ailəsini də  ziyarət edib.