YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP növbəti zəfərə hazırdır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Namiq Məmmədovun Füzuli şəhər seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deputatlığa namizəd Namiq Məmmədov haqqında seçicilərə məlumat verib. Qeyd edib ki, respublikamızın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər qazanılıb, əhalinin sosial rifahı, həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib, qarşıda isə müasir inkişaf konsepsiyasına  söykənən strateji məqsədlər, yeni hədəflər durur.

Çıxış edən deputatlığa namizəd Namiq Məmmədov YAP-ın Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi kimi yüksək nüfuza malik olduğunu vurğulayıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP iştirak etdiyi bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb.

N.Məmmədov çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə həmçinin, Aprel döyüşləri şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova, Vətən müharibəsi qazisi Vüsal Cümşüdzadə çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən Füzuli şəhər seçiciləri də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.