YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni inkişaf mərhələsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin Ağcabədi rayonu, Aşağı Avşar və Xocavənd kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Hər iki kənddə görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərinə ciddi hazırlaşdığını və həmişəki kimi uğur qazanacağına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın dinamik inkişafının davamlı olması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, o cümlədən, ərazi bütövlüyünün təmin edilməsi üçün həyata keçirilən səmərəli, müstəqil strateji kurs uğurla davam etdirilir.

Deputatlığa namizəd Tahir Rzayev çıxışında YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları ölkəmizi sosial-iqtisadi tərəqqiyə aparıb.

Seçicilər adından çıxış edən Aşağı Avşar kənd sakinləri Baxşeyiş Səfiyev və Məhəmməd Həsənov, Xocavənd kənd sakinləri Zahir İbrahimov və İlham Quliyev 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.