YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın milli maraqlarının qətiyyətli ifadəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında seçicilərlə və rayonun Divanlı kəndində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası güclü ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında tanınır. Qeyd olunub ki, YAP-ın seçkilərdə möhtəşəm qələbə qazanacağı şəksizdir. O, dövlətimizin həyata keçirdiyi sosial siyasətdən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlardan geniş bəhs edib.

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar yaradacaqdır. O, çıxışında hər bir vətəndaşı seçkilərdə fəal iştirak etməyə, bugünün və sabahın partiyası olan YAP-ın namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.

Görüş iştirakçılarından Sürəyya Behbudova, Divanlı kəndindən şəhid anası Zərifə Əsədova, Sahib Qasımov, Əli Zülfüqarov, Gülsüm Əlizadə və digərləri YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Həmin gün deputatlığa namizəd Fatma Yıldırım rayonun Divanlı kənd seçiciləri Əsli Süleymanova və Oqtay Ağayevin ev ziyarətində olub.