YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların davamına səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun Qazax rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticələrindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzundan, genişmiqyaslı islahatlardan ətraflı danışıb.

Deputatlığa namizəd Səməd Seyidov “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə növbədənkənar parlament seçkilərində iştirak edən YAP-ın seçki platformasında uğurlarımız və qarşıda dayanan hədəflərin seçicilərə təqdim edildiyini deyib. Daim Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsində, xalqın yüksək rifah şəraitində yaşamasında maraqlı olan, bunu atdığı addımları ilə təsdiqləyən YAP-ın seçki platforması bir daha bu məqsədinə işıq  salır.

S.Seyidov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib. 

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Məmməd Yusifov, İsgəndər Qurbanov, Müqabil Məmmədov, Elxan Abdullayev, Bəsti Ələkbərova, Cavanşir Rüstəmov və digərləri seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Natiqlər partiyanın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Sonda çıxış edən seçicilər fikir və təkliflərini səsləndiriblər, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.