YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrün hədəfləri bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun qadın seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev qadınların ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatıdırıb. Qeyd edib ki, VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə də əvvəlki dövrlərə nisbətən daha çox qadın namizəd mübarizə aparır. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının bütün namizədləri bərabər imkanlarla təşviqat kampaniyasını davam etdirir.

Çıxış edən deputatlığa namizəd Fərhad Baxışov Yeni Azərbaycan Partiyasının əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin xalq və dövlət naminə misilsiz xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması həm də YAP-ın şanlı qələbəsi kimi tarixə həkk olunub. O, əminliyini ifadə edib ki, seçicilər Yeni Azərbaycan Partiyasını xoşbəxt gələcəyin yeganə qarantı hesab edir, odur ki, böyük inam və etimad nümayiş etdirirlər.

Fərhad Baxışov çıxışında Yeni Azərbaycan Partiyasının seçki platformasının bütün vətəndaşlarımızın maraqlarına xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirdə təşviqat qrupunun üzvü Bədirə Niftalıyeva və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP parlament seçkiləri tarixinə növbəti mütləq qələbəsi ilə möhür vuracaq.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın deputatlığa namizədi Fərhad Baxışova səs verəcəklərini vurğulayıblar.