YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcək hədəflərə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fidan Bağırovanın Qusar rayonu, Balaqusar, Həsənqala, Köhnə Xudat qazmalar və Bədirqala kənd seçicilərilə görüşü keçirilib.

İlk öncə Qusar rayonu, Balaqusar kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Sərvər Abdulkərimovun xatirəsinə ucaldılan abidəsi ziyarət olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova parlament seçkilərinin əhəmiyyətindən danışıb, bu mühüm siyasi kampaniyada partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.

Görüşdə YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov ölkəmizdə həyata keçirilən uğurlu siyasət, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O, bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 1 sentyabr parlament seçkilərində fəal olmağa, ən əsası Yeni Azərbaycan Partiyasının namizədinə  dəstək olmağa çağırıb.

Deputatlığa namizəd Fidan Bağırova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən, o zamanki ictimai-siyasi proseslərdən bəhs edib. Bildirib ki, cənab İlham Əliyev dövlət başçısı olaraq xalqa verdiyi bütün vədlərə sadiq olub: “Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin dünyada nüfuzunun artması dövlət başçımızın müdrik siyasətinin nəticəsidir. Azərbaycan hər sahədə böyük inkişaf yolu qət edib. Bütün bu uğurlar YAP-ın seçkilərdə parlaq qələbəsini labüd edir”.

Seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasətin nəticələrindən, ölkəmizin inkişafından danışıblar. Onlar dövlət siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.