YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqa söykənən siyasət

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Rəcəbovun  Lerik  rayonu, Veri kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib: “Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı məqsədyönlü siyasətin alternativi yoxdur”.

Elnur Məmmədov deputatlığa namizəd Elman Rəcəbov haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Elman Rəcəbov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. E.Rəcəbov Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır.

Təşviqat qrupunun üzvləri Elxan Qənbərov və Gültəkin Şıxəliyeva çıxış edərək ölkəmizin hərtərəfli inkişafında YAP-ın müstəsna rolunu qeyd edib, parlament seçkilərinin önəmini vurğulayıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.