YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP parlament seçkilərinin aşkar favoritidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Rəsulovanın Pirallahı rayonu, Gənclər Mərkəzində seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşdiyini, tutduğu yola sadiqliyini, sözlə əməl birliyini, dövlətə, xalqa xidməti fəaliyyətinin priotiteti kimi saxlayaraq yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb.

Natiq çıxışı zamanı partiyanın müstəqil respublikamızın inkişafında, əhalinin rifah halının yaxşılaşdırılmasında, ölkəmizin dünya birliyində rolunun genişlənməsində və digər məsələlərin həllində müstəsna xidmətlərini konkret faktlarla əsaslandırıb.

Çıxış edən deputatlığa namizəd Vüsalə Rəsulova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Namizəd çıxışı zamanı müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən xaos, anarxiyadan və Prezident İlham Əliyevin uğurlu siyasətinin ifadəsi kimi, bugünkü inkişaf göstəricilərini əks etdirən faktlarla Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrün müqayisəli təhlilini aparıb.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan problemlərin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da belə olacaq.

Tədbir iştirakçılarından Məcid Əhmədov, Sevda Alxasova və digərləri çıxış ediblər. Qeyd olunub ki, partiyamız öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.