YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şərəfli yol uğurlarla zəngindir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonu, Xıdırlı kəndinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır: “Bu isə YAP-ı bütün sahələr üzrə yeni qələbələrə doğru aparır. Böyük əminliklə deyə bilərik ki, xalqın partiyası olan YAP parlament seçkilərində də ənənəsinə sadiq qalaraq möhtəşəm qələbə qazanacaq”.

Təşkilat sədri əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.

Deputatlığa namizəd Sadiq Qurbanov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib: “Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı insanlar YAP-da təmsil olunurlar”.

Daha sonra Sadiq Qurbanov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Həmçinin, görüş iştirakçılarından Ağadayı Paşayev, Vaqif Hüseynov, Adil Abdullayev və digərləri seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sadiq Qurbanov rayonun Xıdırlı kənd seçiciləri ilə fərdi görüşlər də keçirib.