Seçki-2024
Şanlı Zəfərdən yeni zirvələrə…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Əmircan və Bülbülə qəsəbələrində seçicilərlə görüşləri keçirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının xalqın iradəsini ifadə edən aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırıb: “Bunun nəticəsidir ki, partiyamız bu vaxta qədər bütün seçkilərdə qələbə çalıb. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!”.
Deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasından sonra əldə olunan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezident İlham Əliyevdir. Müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir”.
Afət Həsənova seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən Hacıbala Eyvazov, Fəridə Bunyatov, Ağalar Bayramov və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.