YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şanlı Zəfərdən yeni qələbələrə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Şəmkir rayonunun Keçili, Xuluf və İsgəndərli kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Bildirib ki, bu partiya Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına dəyərli töhfələr verir. Vurğulayıb ki, Azərbaycanda mövcud olan demokratik mühit, seçki təcrübəsi bütün dünyaya nümunədir.

Deputatlığa namizəd Mübariz Qurbanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır: “Möhtəşəm nailiyyətlər və qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək. Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır”.

M.Qurbanlı müasir Azərbaycanın daha böyük uğurları təmin etməsi üçün seçiciləri parlament seçkilərində fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və YAP-ın namizədlərinə səs verəcəklər.

Görüş zamanı həmçinin, seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.