Seçki-2024
Növbəti nailiyyətlər naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonu, Əmirvar, Əmirvar-Əhmədli, Qazaxlı, Gurbulaq, Qabaqtəpə, Təzəkənd, Astaf, Pirverdilər, Güneykənd, Tapan, Rəsullu, Gəlinqaya və Dəvrallı kəndlərinin seçiciləri ilə çoxsaylı görüşləri keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib və ümumxalq partiyası olduğunu təsdiqləyib.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasına nail olub.
Görüş iştirakçılarından Tural Qasımov, Abbas Edilxanov, Elçin Bayramov, Azad İsmayılov, Məhəmmədəli Cabbarov və digərləri çıxış edərək seçiciləri növbəti nəaliyyətlər naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamran Bayramov Daşkəsən rayonu, Təzəkənd kəndində seçicilərlə məhəlli görüşlər də keçirib.