YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xoşbəxt gələcəyin yeganə qarantı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Ələskərovanın YAP Xaçmaz rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Avropanın, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın reallaşdırdığı iri layihələr ölkəmiz tərəfindən müəyyənləşdirilmiş enerji siyasətinin effektli nəticəsini bir daha təsdiqləyir: “Bu istiqamətdə görülən işlər artıq ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunu artırmaqdadır. Azərbaycan yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək. Bu baxımdan ölkəmizin işıqlı gələcəyi naminə seçiciləri qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıram”.

Çıxış edən deputatlığa namizəd Könül Əskərova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Cənubi Qafqazın lokomotiv dövləti olan ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirak edir: “Ötən dövrdə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib”.

Görüş iştirakçılarından Abasyar Heydərov, Gülnar İsayeva və Xumar Rzayeva çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.