YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP növbəti dəfə qələbə qazanacaq!

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun M.Sənani küçəsi 12 ünvanında yerləşən Qızlar Universitetinin akt zalında Novruzov qardaşları, Süleyman Rüstəm, Hənifə Ələsgərov və Süleyman Tağızadə küçələrinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Süleymanov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirərək, partiyamızın indi də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Azər Süleymanov Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynov barəsində seçicilərə məlumat verib.

Tədbirdə Xaliq Hüseynov müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. X.Hüseynov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçməsindən danışıb. O, qeyd edib ki, builki parlament seçkiləri əvvvəlkilərdən xüsusilə fərqlənərək, ilk dəfə ölkəmizin bütün bölgələrində keçirilməsi ilə seçilir.

Xaliq Hüseynov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.