YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mühüm addımlar atılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin YAP Xaçmaz rayon təşkilatının qərargahında qadın seçicilər, Niyazoba və ətraf kəndlərin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, ölkəmizin siyasi-iqtisadi, hərbi potensialının ildən-ilə artması və bölgədə lider statusuna malik olması Azərbaycanın yeni mərhələdə uğurla inkişafı üçün qarşıda daha böyük perspektivlər açır. O, seçiciləri bu uğurların davamı üçün parlament seçkilərində YAP-ı dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan Lideri ölkənin sürətli inkişafına nail olub: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Əhalinin sosial rifah halının daha da yüksəldilməsi üçün ardıcıl şəkildə sosial proqramlar həyata keçirilir. Bütün bu uğurlar parlament seçkilərində YAP-ın qələbəsini labüd edir”.

Tədbir iştirakçılarından Dərgah Abbasov, Lalə Hüseynova və digərləri çıxış ediblər. Qeyd olunub ki, xaçmazlılar həmişə dövlətə, dövlətçiliyə və Prezidentimizə öz sədaqətlərini göstəriblər, seçki günü hamı bir nəfər kimi məntəqələrə gedərək YAP-ın namizədini dəstəkləyəcək.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Daha sonra deputatlığa namizəd 2 məhəlli görüş keçirib.