YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Birlikdə addımlayırıq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsən rayonun Boyat kənd Diyarşünaslıq evində Boyat və Bağban kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla həyata keçirir: “Cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurlar xalqımız tərəfindən tam dəstəklənir. Bu baxımdan, qarşıdan gələn parlament seçkilərində seçicilərin cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə şübhə yoxdur”.

Deputatlığa namizəd Ramil Həsən çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən geniş və çoxşaxəli islahatlar proqramından bəhs edib. O, YAP-ın seçki platformasının Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmək, ölkəmizdə aparılan islahatlar və regionların sürətli inkişafı siyasətini davam etdirmək olduğunu bildirib. Ramil Həsən bütün seçiciləri demokratiyanın simvolu olan seçkilərdə aktiv iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri şəhid atası Əli Vəliyev və Nurməmməd Tağıyev də çıxış ediblər. Onlar qeyd ediblər ki, ümumi məqsədlər naminə atılan düzgün addımlar gələcək uğurların əsasını qoyur. Qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsi, müstəqil Azərbaycanın davamlı tərəqqisi və daha güclü bir dövlətə çevrilməsi üçün birlikdə addımlamalıyıq.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ramil Həsən Boyat kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Rəhimov Qurban Qədir oğlu, Alışov İsgəndər Alış oğlu, Əliyev Famil Fərman oğlu, Bağban kəndində isə Salmanov Sehran Məmmədhəsən oğlu, Vətən müharibəsi şəhidi Əliyev Ağayusif Mübariz oğlu və antiterror tədbirlərində şəhid olan  Səfiyev Allahverdi Səfi oğlunun ailələrini ziyarət edib.