YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP uğurlar partiyasıdır

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavanşir Paşazadə avqustun 20-də Masallı rayonunun Xıl, Sərçuvar, Təzəkənd və Sirebil kəndlərindən olan seçicilərlə görüşüb.

Görüşdə YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın keçdiyi şərəfli tarixi yoldan danışıb və hər kəsi YAP-ın namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Cavanşir Paşazadə ilk olaraq seçicilərə YAP-ın seçki platforması haqqında məlumat verib. O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və apardığı uğurlu islahatlar nəticəsində bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir: "Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar, zamanında atılan addımlar nəticəsində, dövlətimiz ərazi bütövlüyünü bərpa edərək, yeni inkişaf mərhələsinə qədəm qoyub".

O, deputat seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini də vurğulayıb.

Daha sonra çıxış edən seçicilər YAP-ın namizədini dəstəkləyəcəklərini bildirib və seçkilərdə Cavanşir Paşazadəyə uğurlar arzulayıblar.