Seçki-2024
Uğurlarımız daimidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin Yasamal rayonu “Ə.Haqverdiyev küçəsi, 577-ci məhəllə” ünvanında seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizin əldə etdiyi uğurlardan və qarşıdan gələn seçkilərin əhəmiyyətindən bəhs edib. Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər də 1 sentyabr-növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.