Seçki-2024
“Gənclərə xüsusi diqqət göstərən YAP-ı ürəkdən dəstəkləyirik”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğısından geniş bəhs edib.
Deputatlığa namizəd İlham Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər: “Azərbaycan gəncləri xoşbəxt və firavan bir ölkədə yaşayırlar. Biz hər birimiz Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə sadiq olmalı, Prezidentimizin ətrafında daim sıx birləşməli, Yeni Azərbaycan Partiyasına dəstək verməliyik”.
Çıxış edən seçicilər 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar. “Gənclərə xüsusi diqqət və qayğı göstərən YAP-ı ürəkdən dəstəkləyirik”, - deyə vurğulanıb.
Qeyd edək ki, deputatlığa namizəd İlham Məmmədov Yevlax şəhərində şəhid ailəsini də ziyarət edib.