YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şirvanlıların seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun YAP Şirvan şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, YAP həmişə bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb: “YAP-a xalqın inamı və etimadı sonsuzdur. Çünki partiya bu etimadı yarandığı gündən doğruldub. Yaranmasından sonra çox qısa zamanda iqtidar partiyasına çevrilən YAP-a xalqın sevgisi böyükdür. Söylənilənləri ölkəmizdə keçirilən seçkilərdə xalqın partiyaya, həyata keçirilən siyasətə dəstəyi də təsdiqləyir”.

Çıxış edən deputatlığa namizəd Heydər Əsədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən H.Əsədov ölkəmizin hazırki reallıqlara müasir çağırışlarla qədəm qoyduğunu bildirib.

Tədbirdə təşviqat qrupunun üzvləri Əbülfət İsmayılov, Sevinc Ələkbərova, şəhid anası Nailə Bağırova, görüş iştirakçılarından Vasif Əliyev, Seymur Əliyev, Rəhman Hacıyev, Billurə Əliyeva, Valeh Cəfərov və Rəşad Qəfərov çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Qeyd edək ki, deputatlığa namizəd H.Əsədov Xəqani küçəsində məhəllə görüşü də keçirib və şəhid Rəşad Hüseynovun ailəsini ziyarət edib.