Seçki-2024
Nərimanov seçiciləri seçkilərdə fəal iştirak edəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyevin Nərimanov rayonunda müxtəlif ünvanlarda seçicilərlə növbəti görüş keçirib.
Deputatlığa namizəd Samir Vəliyev məhəllələrdə keçirdiyi görüşlər zamanı seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu isə o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də partiyamız böyük və uğurlu layihələrə imza atacaq: “Partiyanın Sədri İlham Əliyevin vurğuladığı kimi, inkişaf dövrünü yaşayan Azərbaycanda bütün sahələr üzrə Ulu Öndər tərəfindən qoyulmuş siyasi, iqtisadi islahatlar, demokratişləşmə prosesi sürətlə davam etdirilir”.
Namizəd S.Vəliyev hər kəsi 1 sentyabr tarixdə keçiriləcək seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərini səs verməyə çağırıb.
Görüşlərdə seçicilərin müraciətləri dinlənilib. Həmçinin məhəlli görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları da paylanılıb.