YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP xalqımıza yeni uğurlar qazandıracaq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun rayonun Təklə və Bayxanlı kəndlərində seçicilərlə görüşləri keçirilib.

YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, partiyanın seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu deyib, YAP-ın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük uğurlara imza atmış, ölkəmizin qarşısında yeni perspektivlər açılmışdır: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə yeni dönəm başlamışdır. Yeni dövrdə qarşıda duran vəzifələr uğurla icra olunacaq, ölkəmizin qüdrəti daha da artacaqdır. YAP xalqımıza yeni uğurlar qazandıracaqdır”.

Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirlərdə təşviqat qrupunun üzvü Razi Məmmədov və digərləri çıxış edərək YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini deyib, seçiciləri partiyanın namizədini dəstəkləməyə çağırıblar.