YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qarşıya qoyulan hədəflərə çatacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Tahir Rzayevin Ağcabədi rayon Mədəniyyət Mərkəzində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını seçicilərin nəzərinə çatdırıb. Rövşən Əhmədov YAP-ın həmişə seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, bu dəfə də partiyanın qarşıya qoyulan siyasi hədəflərə çatacağına əmin olduğunu bildirib. 

Deputatlığa namizəd Tahir Rzayev isə əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları barədə məlumat verib.

Tahir Rzayev çıxışında seçiciləri səsvermə günü seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına, hər  bir  seçicinin yanında olacağına  söz verib. 

Görüş iştirakçılarından Zəhra İbrahimova, Tofiq Zeynalov, Xəzəngül Qədimli, Şükufə Novruzova, İlhamə Əliyeva və Əli Bədəlov çıxış edərək 1 sentyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Tahir Rzayev Ağcabədi Olimpiya Kompleksində ağcabədili idmançılarla da görüşüb.