YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP ölkəmizə mühüm nailiyyətlər qazandırıb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu deyib. O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atan YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır. Bu baxımdan, rayon təşkilatının sədri YAP-ın iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də qələbə qazanacağına əminliyini ifadə edib. Daha sonra o, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verib.

Eyvaz Qurbanov çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır.

Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə təşviqat qrupunun üzvləri İradə Məmmədova, Lalə Salamova, Sədayə Kərimova, Şəlalə Tahirova, Təhsin Vidadiyeva və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Tərkəş kəndində şəhid ataları və kənd ağsaqqalları ilə məhəlli görüşlər keçirib. Şəhid atası Arif Məmmədov daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini deyib.