Seçki-2024
Qalib xalqın seçimi!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun Qazax rayon Mədəniyyət Mərkəzində və Qazax Olimpiya İdman Kompleksində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev son illər ərzində müstəqil, suveren Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək naliyyətlər, möhtəşəm qələbələr, böyük uğurlar qazandığını və bu gün dövlətimizin beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya, dünya şöhrətli Liderə malik bir ölkə kimi tanınmasından ətraflı danışıb.
Rayon təşkilatının sədri yarandığı gündən keçirilən bütün seçkilərdə qələbələr qazanan YAP-ın uğurlarından geniş bəhs edib.
Çıxış edən deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki platforması haqqında geniş danışıb. S.Seyidov mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycanın sabitlik, təhlükəsizlik məkanına çevrilməsindən bəhs edib. Qazanılan uğurları, əldə olunan nailiyyətləri xüsusi vurğulayan deputatlığa namizəd, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Xatın Hüseynxanova, Elxan Abdullayev, Bəsti Ələkbərova, Kazım Kazımlı və digərləri qazaxlı seçicilərin həmişə haqqın-ədalətin yanında olduqlarını, bütün taleyüklü məsələlərdə doğru-düzgün seçim etdiklərini qeyd edərək, seçiciləri 1 sentyabrda böyük coşqu ilə seçki məntəqələrinə getməyə və ən layiqli namizədə - Səməd Seyidova səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.