Seçki-2024
Yeni dövrə Yeni Azərbaycanla!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın avqustun 19-da Babək rayonu Hacıvar –Yarımca- Badaşqan, Qahab-Nəcəfalıdizə, Nəhəcir - Göynük kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Partiyamız hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb.
Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, son illərdə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün müasir və qüdrətli ordu yaradılması işlərinə diqqət artırılıb, bunun da nəticəsində 30 ildən artıq düşmən işğalı altında olan torpaqlarımız 44 günlük müharibə nəticəsində düşmən işğalından azad edilib. Vurğulanıb ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Ülviyyə Həmzəyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə təşviqat qrupunun üzvü Tofiq Abutalıbov və İlkin Bağırov çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün Yarımca kəndində şəhid İbrahim Vəlizadənin və Qahab kəndində şəhid Abbasəli İsmayılovun ailələri ziyarət olunub.