YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımızın qürur və şərəf tarixi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin Abşeron rayonu, Masazır kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf yolu keçdiyini, böyük uğurlar, misilsiz və qürurverici qələbələr qazandığını deyib. A.Əliyev, siyasi sistemin daha da gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin vacibliyindən danışıb. Bildirilib ki, ölkəmizdə siyasi-iqtisadi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır.

O, deputatlığa namizəd Faiq Xudayev haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Faiq Xudayev bildirib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir: “Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrilib”.

F.Xudayev qeyd edib ki, bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır: “Sosial siyasət sahəsində görülən işlər bundan sonra da vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapacaqdır. Buna görə də YAP-ın qarşıdan gələn parlament seçkilərində qələbəsi labüddür”.

Görüşdə təşviqat qrupunun üzvləri Bilman Vəliyev, Məhəmməd Nəcəfli, görüş iştirakçılarından Heydər Vəliyev və digərləri çıxış edərək seçiciləri yeni dövrün hədəflərinə nail olmaq üçün Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərməyə çağırıblar. YAP dövlətin lider partiyası kimi bundan sonra da ölkəmizə böyük uğurlar qazandırmaq iqtidarındadır”, - deyə vurğulanıb.