YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bariz nümunə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülmüş İlkin Hüseynovun Tovuz rayonu, Düz Qırıqlı kəndində seçicilərlə görüşü keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və dünya dövlətləri sırasında böyük nüfuza  malik olduğunu bildirərək, dövlət siyasətinin müasir modelini yaradan Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-iqtidar birliyi dayandığını seçicilərin nəzərinə çatdırıb.

Çıxış edən deputatlığa namizəd İlkin Hüseynov növbədənkənar parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən olduğunu, Yeni Azərbaycan Partiyasının ölkəmizdə siyasi-iqtisadi islahatların, digər uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynadığını xüsusilə qeyd edib.

Deputatlığa namizəd çıxışının sonunda isə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.