Seçki-2024
Qələbələr hər birimizi qürurlandırır
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyi irəli sürülmüş Humay Aslanova Tovuzun Əlibəyli və Hacıalılı kəndlərində seçicilərlə görüşü keçirib.
Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır: “Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət olduğunu, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak etdiyini, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini verdiyini və əsirgəmədiyini seçicilərin nəzərinə çatdırıb”.
Çıxış edən deputatlığa namizəd Humay Aslanova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Çıxışında dünyada baş verənlərə diqqət çəkən H.Aslanova bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətinə çevrilib.
Deputatlığa namizəd sonda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.