YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yenidən Yeni Azərbaycan Partiyası!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında şəhid ailələrinin üzvləri və rayonun Düyərli kəndində seçicilərlə görüşü keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qazanılan uğurlardan söhbət açaraq vurğulayıb ki, ölkəmizdə ictimai-siyasi sabitlik, milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi təmin olunub, azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifənin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olunub.

Daha sonra çıxış edən deputatlığa namizəd Nurlan Həsənov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ölkəmizdə insan amili və vətəndaş mənafeyinə əsaslanan sosialyönümlü islahatlar nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılıb, cəmiyyətin bütün təbəqələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub: “Bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir. Bu baxımdan, şəhid ailələri və qazilər də daim dövlətin diqqətindədir”.

Seçicilər isə parlament seçkilərində bir daha YAP-a etimad göstərəcəklərini söyləyiblər. Görüşlərdə “Seçimimiz yenidən Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulanıb.

Qeyd edək ki, deputatlığa namizəd N Həsənov, həmçinin  məhəllə görüşləri də keçirib.