YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Partiyamız qələbə qazanmaq əzmindədir

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun seçicilərilə növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz  xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək partiyanın parlament seçkilərinə hazırlığı barədə məlumat verib. YAP-ın qələbələr partiyası olduğunu söyləyən F.Hüseynova qeyd edib ki, partiyamız bu parlament seçkilərində də qələbə qazanmaq əzmindədir. O, seçiciləri 1 sentyabrda yüksək fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Seçicilərin qarşısında çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçicilərin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

Çıxışın sonunda YAP-ın deputatlığa namizədi Əlibala Məhərrəmzadə seçkilərdə qalib gələcəyi təqdirdə seçicilərin etimadını doğruldacağına söz verib.

Tədbir iştirakçılarından Varis Yolçiyev, Laçın Səfərəliyev, Saməddin Nəsirov, Ramiz Həmzəyev və başqaları çıxış edərək parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar görüş iştirakçılarına deputatlığa namizəd Əlibala Məhərrəmzadə haqqında geniş məlumat verərək seçiciləri sentyabrın 1-də fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar.

Daha sonra görüşdə çıxış edən seçicilər müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə 59 saylı Quba seçki dairəsindən YAP-ın deputatlığa namizədinə səs verəcəklərini biliriblər və seçkilərdə Ə.Məhərrəmzadəyə uğurlar arzulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid  Abdulrəhimov Ramin Şövkət oğlunun  ailəsini ziyarət edib, qayğıları ilə marağlanıblar