YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz YAP-ın namizədidir!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin Nərimanov rayonunun M.Araz, S. Rəhman, Kaveroçkin, N.Yusifbəyli küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə deputatlığa namizəd Samir Vəliyev qarşıdakı parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağına əminliyini ifadə edib, seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək: “Bu, xalqımızın iftixar mənbəyi və dövlətimizin qüdrətinin ifadəsidir. Qürurla qeyd etmək lazımdır ki, Azərbaycana misilsiz qələbələr bəxş edən Heydər Əliyev yolunun zirvə nöqtəsi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, öz gücünü bütün dünyaya nümayiş etdirməsidir”.

Görüşdə, həmçinin seçicilərin təklif və müraciətləri dinlənilib, onların sualları cavablandırılıb.