YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu inkişafa doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Şəmkir rayonunun Kür qəsəbəsində, Səməd Vurğun qəsəbəsində və Yeniabad kəndində seçicilərlə görüşləri keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını qeyd edib. O, yeni dövrün reallıqlarına uyğun hədəflərin uğurla reallaşdırıldığını diqqətə çatdırıb. 

Deputatlığa namizəd Mübariz Qurbanlı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini, tarixi Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu deyib, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıb. O vurğulayıb ki, YAP-ın namizədlərini dəstəkləmək uğurlu inkişafı, parlaq gələcəyi seçməkdir.

M.Qurbanlı  çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, söz verib ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacaqdır.

Tədbirdə şəhid atası İlham Məmmədov, kənd sakini Mahirə Əsədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Mübariz Qurbanlı Şəmkir rayonunun Kür qəsəbəsində və Yeniabad kəndində II Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş bulaq komplekslərini ziyarət edib.