YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP yeni qələbələrə doğru!

 

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan daim dövlətimizin və xalqımızın inkişafı üçün çalışıb: “YAP Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin siyasi ideyalarını həyata keçirərək təkcə ölkəmizin deyil, regionun aparıcı və mütəşəkkil siyasi partiyasına çevrilib”. O, çıxışında bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Hümbət Hüseynov çıxışında qeyd ki, bu gün Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş uğurlara və islahatlara imza atır: “Sevindirici haldır ki, bu inkişaf strategiyası bütün sahələri əhatə etməklə, həyata keçirilən islahatlar xalqımızın maraqlarına xidmət edir, dövlətimizin daha da qüdrətlənməsini hədəfləyib”. O, çıxışında seçiciləri partiyanın namizədlərinə səs verməyə çağıraraq ona göstərilən etimadı doğruldacağını bildirib.

Görüşdə Vətən müharibəsi şəhidlərinin valideynləri Nizami Hüseynov, Sahib Abbasov, Qüdrət Hüseynov, Natavan Qafarova və digərləri çıxış edərək vurğulayıblar ki, ölkə Prezidenti İlham Əliyevi birmənalı dəstəkləyir və onun rəhbərlik etdiyi namizədlərə səs verəcəklər.