YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Lider dövlətin lider partiyası...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf yolu keçdiyini, böyük uğurlar, misilsiz və qürurverici qələbələr qazandığını deyib.

Deputatlığa namizəd Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir: “Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrilib”.

S.Fətəliyeva vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır: “Sosial siyasət sahəsində görülən işlər bundan sonra da vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapacaqdır”.

Görüş iştirakçıları Ziyafət Tağıyeva, İkinci Qarabağ müharibəsi qazisi Tariyel Şixbalayev və digərləri çıxış edərək seçiciləri yeni dövrün hədəflərinə nail olmaq üçün Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərməyə çağırıblar. “Yeni Azərbaycan Partiyası lider dövlətin lider partiyası kimi bundan sonra da ölkəmizə böyük uğurlar qazandırmaq iqtidarındadır”, - deyə vurğulanıb.

Qeyd edək ki, həmin gün namizəd İkinci Qarabağ müharibəsi şəhidləri Sənan Əhmədov, Muhammad Eissavi və Səxavət Talıbzadənin ailələrini də ziyarət edib.