YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin dayanıqlı inkişafına dəstəyimizi səsimizlə təsdiqləyək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü   seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bu günə qədər keçirilən seçkilərdə partiyanın qələbə qazandığını önə çəkərək,  xalqın bu partiyaya inamının, onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin göstəricisi olduğunu xüsusi vurğulayıb.  O, belə bir partiyanın sıralarında təmsil olunmaqdan qürur duyduğunu bildirib.

V.Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva Azərbaycanın uğurlu inkişafından, Yeni Azərbaycan Partiyasının seçki platformasından danışıb. O bildirib ki, “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə növbədənkənar parlament seçkilərində iştirak edən partiyasının seçki platformasında  uğurlarımız və qarşıda dayanan hədəflər seçicilərə təqdim edilir. Daim Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsində, xalqın yüksək rifah şəraitində yaşamasında maraqlı olan, bunu atdığı addımları ilə təsdiqləyən YAP-ın seçki platforması bir daha bu  məqsədinə işıq  salır.

P.Vəliyeva yeni dövrün hədəflərini gerçəkləşdirmək üçün seçiciləri 1 sentyabr-parlament seçkilərində fəal olmağa, səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, YAP Xətai rayonu üzrə Təşviqat Qrupunun üzvləri Mirfaiq Mirheydərli və Fikrət Xəlilov, namizədin vəkili Abbas Abbasov çıxış edərək YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Çıxış edənlər seçiciləri yüksək fəallıq şəraitində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün namizəd Xətai rayonunun Xocalı prospektində yaşayan bir qrup seçici ilə də görüşüb.  Daha sonra P.Vəliyeva Vətən müharibəsi şəhidi Elmir Pərviz oğlu Umudlunun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin ailəsinə baş çəkib.