YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalqın mənafeyini üstün tutan Yeni Azərbaycan Partiyasını dəstəkləyirik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm önəm daşıdığını diqqətə çatdırıb. O bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərinin ardınca parlament seçkilərinin keçirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca önəmlidir.

Deputatlığa namizəd Elnarə Akimova Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi kimi yüksək nüfuza malik olduğunu vurğulayıb. Yeni Azərbaycan Partiyasının seçkilərə böyük ruh yüksəkliyi ilə qatıldığını söyləyən E.Akimova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP qatıldığı bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Görüşdə çıxış edən seçicilər öz fəaliyyətində xalqın mənafeyini və dövlətin maraqlarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Elnarə Akimova Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin ailəsini də ziyarət edib.