Seçki-2024
Qusarda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu, Yuxarı Tahircal, Zuxul, Yuxarı Kalunxur və Nəcəfkənd kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizin suverenliyi üçün gördüyü işlərdən və qarşıda duran vacib məsələlərdən danışıb.
1 sentyabrda keçiriləcək parlament seçkilərinin ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan D.İbrahimxəlilov seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıb.
Deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında ölkəmizin yeni reallıqlara yeni çağırışlarla qədəm qoyduğunu bildirib. Seçiciləri maraqlandıran mövzulara aydınlıq gətirən deputatlığa namizəd qarşıya qoyulan məqsədləri izah edib.
Görüş iştirakçılarından Meyvəddin Babayev, Adıgözəl Ağarəhimov
qarşıya qoyulan məqsədlərə çatmaq üçün YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Həmin gün deputatlığa namizəd Azər Badamov Nəcəfkənd kəndində Vətən müharibəsi şəhidi Ramin Maarif oğlu Nurəhmədovun ailəsini ziyarət edib.