YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız xoşbəxtliyinə səs verəcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən  78 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun YAP Lənkəran rayon təşkilatının qərərgahında ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz  xatirəsi ehtiramla yad edilib.

Görüşü açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi  həyatında oynadığı rola və partiyanın fəaliyyətində Ümümmilli Lider Heydər Əliyevin xidmətlərinə xüsüsi münasibət bildirib.

İ.Əmənullayev qeyd edib ki, 1990-ci illərin əvvəllərində blokada şəraitində yaşayan və hər şeydən məhrum edilən Naxçıvanın ən çətin günlərində Ulu Öndər Heydər Əliyev insanları düşmənə qarşı mübarizədə birləşdirib: “O zaman qazsıs, işıqsız, susuz, ərzaq qıtlığından əziyyət çəkən Naxçıvan məhz Dahi Lider Heydər Əliyevin səyləri nəticəsində düşmənə qalib gəlib. Yeni Azərbaycan Partiyası həmin çətin günlərdə Naxçıvanda təsis olunub. Azətbaycanın gəncləri də Ulu Öndərin xidmətlərini öyrənməli və onu təbliğ etməlidirlər”.

Natiq ilk dəfə seçkidə iştirak edənlərin hüquq və vəzifələri haqqında geniş məlumat verib.

Deputatlığa namizəd Anar İsgəndərov Azərbaycan parlamentarizm tarixindən maraqlı faktları gənclərin nəzərinə çatdırıb və onları bu seçkilərdə yaxından iştirak etməyə çağırıb. Qeyd edib ki, deputat seçiləcəyi təqdirdə seçicilərin bütün təklif və müraciətlərini reallaşdırmaq üçün səylərini əsirgəməyəcək.

Təşviqat qrupunun üzvü Cəmil Quliyev seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Anar İsgəndərov Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Viyən  kəndində də seçicilərlə görüşüb.