YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəki seçiciləri YAP-ın namizədlərini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun Orta Zəyzid kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan Daşqın Mikayılov YAP-ın parlament seçkilərinə qatıldığı  “Yeni dövrə Yeni Azərbaycanla” şüarını diqqətə çatdırıb. Daha sonra  seçki platforması haqqında ətraflı məlumat verilib. O vurğulayıb ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. O, deputatlığa namizəd Niymət Yusibov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Niymət Yusibov partiyanın bütün sınaqlardan şərəflə çıxmasından, xalqın partiyası kimi nüfuz qazanmasından bəhs edib. Niymət Yusibov  çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Öz  növbəsində çıxış edən seçicilər Ələddin Əhmədov, Təmraz Haşımov, Aynurə Həşimova da 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.