Seçki-2024
Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun rayonun Bəhmətli və Lahıc kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O qeyd edib ki, YAP-ın budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağı şübhəsizdir: “Çünki Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır”.
Deputatlığa namizəd Asif Əsgərov deyib ki, YAP-ın seçki platformasında bütün sahələrin inkişafı üzrə hədəflər öz əksini tapıb. O, Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını, milli həmrəyliyin dövlətimizə böyük uğurlar qazandırdığını, ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini bildirib.
Tədbirdə təşviqat qrupunun üzvü Tahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyasıdır: “Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar”.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.