YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İmişli seçiciləri YAP-ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonunun Məzrəli, Çaxırlı və Xubyarlı kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Rayon təşkilatının sədri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O qeyd edib ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir. 

Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının yeniliklər və qələbələr partiyası olduğunu deyib. Namizəd Azərbaycanın tarixi Zəfərə imza atması, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, Böyük Qayıdış Proqramının uğurla icra edilməsi və digər mühüm amillərin ölkəmiz üçün yeni perspektivlər yaratdığını söyləyib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri İsrafil Quliyev, Aqil İsmayılzadə və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Sarıxanlı kəndində Vətən müharibəsi şəhidləri Alik Musayev və Əsədli Cahidin ailələrini ziyarət edib, seçicilərlə məhəlli görüşlər keçirib.